İsrail döyüş təyyarələri Livan sərhədindəki bəzi bölgələrə hücum edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Livanın “NNA” rəsmi agentliyi xəbər dərc edib.
İsrail döyüş təyyarələrinin Yarin bölgəsini ikinci dəfə vurduğu bildirilib.
Hizbullah axşam saatlarında İsrailin Yarin şəhəri ilə üzbəüz yerləşən Dovev qəsəbəsində Hummer hərbi maşını və tankını idarə olunan raketlərlə vurduğunu açıqlayıb.