İsrail məqsədlərinə çatana qədər dayanmayacaqbackend

İsrail məqsədlərinə çatana qədər dayanmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin müdafiə naziri Yaov Qallant bildirib ki, Qəzzada müvəqqəti atəşkəs Hizbullah silahlı qruplaşmasının ölkənin şimal sərhədindən çıxarılması üçün aparılan mübarizəyə təsir etməyəcək.

NOCOMMENT.az xəbər verir ki, Qallant bu açıqlamaları Şimal Komandanlığının qərargahında yüksək rütbəli ordu rəsmiləri ilə əməliyyat vəziyyətinin qiymətləndirərkən verib.

Nazir vurğulayıb ki, İsrail məqsədlərinə çatana qədər əməliyyatları dayandırmayacaq:

“Əgər kimsə fikirləşirsə ki, cənubda girovları azad etmək üçün razılıq əldə olunandan və atışma dayanandan sonra işlər asanlaşacaq, yanılırlar. Məqsədlərimizə çatana qədər əməliyyatları davam etdirəcəyik.Cənubdakı vəziyyətdən asılı olmayaraq bunu edəcəyik. Məqsəd sadədir, Hizbullahı lazımi ərazilərə qədər geri çəkilməyə məcbur etmək. Biz bunu ya diplomatik razılaşma, ya da güc tətbiq etməklə edəcəyik”.