İsrail Norveç və İrlandiyadakı səfirlərini GERİ ÇAĞIRDIbackend

İsrail Norveç və İrlandiyadakı səfirlərini GERİ ÇAĞIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Norveç və İrlandiyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Katz “X” hesabında bildirib. O, bu barədə təlimatın həmin ölkələrin Fələstin dövlətini tanımaq qərarları fonunda məsləhətləşmələr üçün verildiyini açıqlayıb.

Katz İrlandiya və Norveçə aydın və birmənalı mesaj göndərib.

“İsrail onun suverenliyinə xələl gətirən və təhlükəsizliyini təhlükə altına alanlar qarşısında səssiz qalmayacaq. İspaniya da Fələstin dövlətini tanımaq niyyətinə əməl etsə, ona qarşı da oxşar addım atılacaq” – deyə, İsrail Xarici İşlər naziri vurğulayıb.