İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində biri qadın və biri jurnalist olmaqla 29 fələstinlini nəzarətə götürdüyü bildirilib.
NOCOMMENT.az xəbər verir ki, Fələstinli Əsirlər Dərnəyindən verilən yazılı açıqlamada İsrail qüvvələrinin İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı nəzarət əməliyyatlarını davam etdirdiyi bildirilib.
Açıqlamada oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayının 2300-ə çatdığı bildirilib.
NOCOMMENT.AZ