İsrail ordusu daha bir fələstinlini öldürdübackend

İsrail ordusu daha bir fələstinlini öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Tulkərim şəhərindəki Nur Şəms Qaçqınlar Düşərgəsində İsrail hərbçilərinin açdığı atəş nəticəsində bir fələstinli həyatını itirib.

NOCOMMENT.az xəbər verir ki, bölgədəki şahidlər düşərgəyə basqın edən İsrail qüvvələri ilə fələstinlilər arasında toqquşmaların baş verdiyini bildiriblər.

İsrail qüvvələri özləri ilə bölgəyə gətirdikləri tikinti texnikası ilə yolları qazıb və yol kənarında olan Fələstinli maşınlara ziyan vurub.

Sözügedən məsələ ilə bağlı İsrail rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, bir neçə aydır ki, İordan çayının qərb sahilindəki şəhər və kəndlər İsrail qüvvələrinin, eləcə də bölgədəki israilli mühacirlər tərəfindən intensiv basqın və hücumlara məruz qalır.