Havadan və qurudan hücumlardan sonra İsrail ordusu dənizdən Livana hücum etməyə başlayıb.
NOCOMMENT.az xəbər verir ki, Livan ordusundan verilən yazılı açıqlamada İsrail Hərbi Dəniz Qüvvələrinin Livandakı Hizbullah hədəflərinə hücum təşkil etdiyi bildirilib.
Friqatlardan həyata keçirilən hücumlarda Hizbullaha məxsus raket sistemləri və silah anbarları kimi hədəflərin vurulduğu bildirilib.
Bəyanatda dənizdən Livana ilk hücumları əks etdirən görüntülər də paylaşılıb.
İsrail ordusu Livanın cənub və şərqinə, eləcə də paytaxt Beyruta intensiv hava zərbələri endirir.
İsrail ordusu sentyabrın 30-da Livanın cənubunda Hizbullahın infrastrukturuna qarşı “məhdud və intensiv” qurudan hücumlara başladığını bildirib.