İsrail sərhədində Qəzza zolağı sakinləri üçün humanitar yardımlar yığılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Hazırda burada 600 yük maşını toplanıb. İsrail ordusu gündə 300 yük maşınının buraxılmasını planlaşdırır.
“İsrail ordusunun vəzifəsi humanitar yüklərin Qəzza zolağına çatmasını təmin etməkdir. Biz onların bölgüsünə cavabdeh deyilik, amma bununla yanaşı bütün humanitar təşkilatlarla gündəlik koordinasiya aparırıq”, – İsrail Müdafiə Ordusunun nümayəndəsi bildirib.