İsrail ordusu HAMAS-ın daha bir komandirini öldürübbackend

İsrail ordusu HAMAS-ın daha bir komandirini öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Qəzza zolağında HAMAS-ın daha bir komandirini öldürüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumatda deyilir ki, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində HAMAS-ın komandirlərindən biri olan Ahmed Siam məhv edilib. HAMAS-a qarşı əməliyyatlar zamanı Ahmad Siam Qəzza şəhərindəki “Əl-Rantisi” İxtisaslaşdırılmış Xəstəxanasına sığınan 1000 nəfərə yaxın sakini girov saxlayıb və onların anklavın cənubuna təxliyə edilməsinə icazə verməyib.