NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail ordusunun əsgərləri ölkədən atılan atəşə cavab olaraq Livanda yerləşən şiə “Hizbullah” təşkilatına zərbələr endirib. Bu barədə TASS məlumat yayıb.
“Son bir saat ərzində Livandan İsrail ərazisinə bir sıra atışlar qeydə alınıb. Buna cavab olaraq İDF hazırda Livanda “Hizbullah”ın bir sıra terrorçu hədəflərinə zərbələr endirir. Təfərrüatlar bundan sonra veriləcək”, – mesajda deyilir.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirmişdi ki, İsrail hərbçiləri Qəzzaya daxil olaraq onu müxtəlif tərəfdən mühasirəyə almağa başlayıblar.