NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail ordusunun sözçüsü podpolkovnik Conatan Konrikus bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) Livan “Hizbullah” hərəkatının 60-dan çox üzvünü məhv edib. Bu barədə RİA Novosti yazır.
O qeyd edib ki, ordu hərəkatın hərəkətlərini diqqətlə öyrənir. Onun sözlərinə görə, yaraqlılardan bəziləri orduya qarşı hücumlar zamanı, digərləri isə hücumlardan əvvəl öldürülüb.
Bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Livanın “Hizbullah” hərəkatını irimiqyaslı münaqişəyə girməkdən çəkindirərək, İsrail hərbçilərinin şimal cəbhəsində eskalasiyaya hazır olduğunu bildirmişdi.
O , Livan hərəkatına müharibəyə getmək kimi səhvə yol verməmələri barədə xəbərdarlıq etdiyini vurğulayıb.