İsrail ordusu “Hizbullah”la müharibə üçün silah-sursat toplamağa başladıbackend

İsrail ordusu “Hizbullah”la müharibə üçün silah-sursat toplamağa başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında əməliyyat zamanı şiə “Hizbullah” hərəkatı ilə qarşıdurmanın genişlənməsindən ehtiyatlanaraq mərmi və sursatları qorumağa başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Financial Times”qəzeti məlumat yayıb.

“İDF “Hizbullah”la münaqişənin kəskinləşmək ehtimalını nəzərə alaraq, Qəzzada sursat saxlamağa da başlayıb”, deyə məqalə müəllifi bilririb.

İsrail rəsmiləri arasında olan mənbələrin nəşrə verdiyi məlumata görə, indi İDF-nin Qəzzada əldə etdiyi bütün nailiyyətlər taktiki və strateji xarakter daşımasa da, yəhudi dövləti hələ də Fələstinin HƏMAS hərəkatına qarşı ən azı bir il müharibə aparmaq üçün kifayət qədər gücə malikdir.

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant ölkəsinin Livanla sərhəddə hərbi əməliyyata hazırlaşdığını bildirmişdi. Qalantin sözlərinə görə, hərbi personal və texnika İsrailin şimalına, Livan-İsrail sərhədinə köçürülüb. Nazir əmin edib ki, yaxın vaxtlarda hərbi əməliyyatlar başlayacaq.