İsrail ordusu Hizbullahın baş katibinin ləğv edildiyini açıqlayıbbackend

İsrail ordusu Hizbullahın baş katibinin ləğv edildiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanın Hizbullah şiə hərəkatının baş katibi Həsən Nəsrullah Beyruta endirilən zərbə nəticəsində öldürülüb.

NOCOMMENT.az RİA Novosti xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) rəsmi açıqlamasında bildirib.

Daha əvvəl Reuters agentliyi mənbələrə istinadən xəbər vermişdi ki, Livan hərəkatının baş katibi İsrailin hücumundan sonra əlaqəni dayandırıb.

Eyni zamanda İranın Təsnim agentliyi Nəsrullahın kütləvi zərbə nəticəsində xəsarət almadığını bildirib .

Sentyabrın 27-də İsrail ordusu Livanın paytaxtında Hizbullahın əsas hərbi qərargahına hücum edib .