İsrail ordusu İordan çayının qərb sahilində 15 fələstinlini saxladığını bildiribbackend

İsrail ordusu İordan çayının qərb sahilində 15 fələstinlini saxladığını bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) əsgərləri İordan çayının qərb sahilində gecə boyu keçirdiyi reydlər zamanı Qəzza zolağında hakim olan HƏMAS hərəkatının altı tərəfdarı da daxil olmaqla terror fəaliyyətlərində iştirakda şübhəli bilinərək axtarışda olan 15 fələstinlini saxlayıb. Bu barədə İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari məlumat verib.

“Yudeya və Samariya ərazisində təhlükəsizlik qüvvələri axtarışda olan 15 şəxsi saxlayıb, onlardan altısı Həmas tərəfdarıdır”,- o qeyd edib.

Haqarinin sözlərinə görə, oktyabrın 7-dən İsrail əsgərləri İordan çayının qərb sahilində 1570 fələstinlini, o cümlədən 950 fələstinli qruplaşmanın tərəfdarlarını saxlayıb.