İsrail ordusu Livandan üç raket atışının qeydə alındığını bildirdibackend

İsrail ordusu Livandan üç raket atışının qeydə alındığını bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) Telegram kanalında Livandan İsrailə doğru üç raket buraxılışını qeydə aldığını bildirib.

“İsrailin şimalında sirenlər səsləndiyinə dair ilkin məlumatdan sonra Livan ərazisindən İsrailə doğru üç atış qeydə alınıb”, – deyə İsrail Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Mərmilərin açıq əraziyə düşdüyü dəqiqləşdirilir. Buna cavab olaraq İsrail ordusu Hizbullahın Livandakı hərbi infrastrukturuna hücum edib.

Bundan əvvəl İsrail ordusu Livandan tank əleyhinə raketlər atmağa cəhd edərkən İsrailə məxsus pilotsuz təyyarənin “terrorçuların hücrəsini” vurduğunu bildirmişdi