İsrail ordusu güclü artilleriya atəşi ilə Livanın cənubundakı sərhəd bölgələrini hədəf aldığını açıqlayıb.
NOCOMMENT.az “NNA” rəsmi agentliyinə istinadla xəbər verir ki, İsrail qüvvələri Livanın cənubundakı Odeyse və Hula şəhərinin ətrafını ağır artilleriya atəşi ilə hədəfə alıb.
Qeyd edilib ki, İsrail də Hunin və Ayta əş-Şaab şəhərlərinin ətrafını artilleriya atəşi ilə vurub.
AA-nın bölgədəki müxbirinin verdiyi məlumata görə, Kefr Kella qəsəbəsindəki bəzi hədəflər də vurulub və ərazidən tüstü qalxmağa başlayıb.