İsrail ordusu Misirlə sərhəddə iki əsgərinin öldürüldüyünü açıqlayıbbackend

İsrail ordusu Misirlə sərhəddə iki əsgərinin öldürüldüyünü açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Misir sərhədində baş verən “təhlükəsizlik hadisəsi” nəticəsində iki əsgərinin öldürüldüyünü açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Ordu Sözçüsü tərəfindən edilən yazılı açıqlamada, “Bu səhər təhlükəsizlik hadisəsi baş verib. Sərhəd yaxınlığında açılan atəş nəticəsində biri kişi və biri qadın iki İsrail əsgəri şəhid olub.” deyildi.

Bəyanatda, Misir Sərhədindən İsrail ərazisinə girərək atəş açan hücumçu ilə İsrail əsgərləri arasında qarşıdurma baş verdiyi və hücum edənin öldürüldüyü qeyd edilib.

Sərhəddə baş verən hadisənin şəraitinin araşdırıldığı, bölgədə axtarış işlərinin aparıldığı bildirilib.

Bəyanatda həyatını itirən 2 əsgərin ailələrinə də başsağlığı verilib.