İsrail ordusu müharibə nəticəsində daha da güclənib – AÇIQLAMAbackend

İsrail ordusu müharibə nəticəsində daha da güclənib – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin müdafiə naziri Yoav Qallant və İsrail ordusunun baş qərargah rəisi Herzi Halevi görüşüb.

NOCOMMENT.az xəbər verir ki, onlar mövcud vəziyyəti dəyərləndiriblər.

Qallant deyib ki, İsrail ordusu müharibə nəticəsində daha da güclənib və hər keçən gün kəşfiyyatını daha da möhkəmləndirir:

“Mən Baş Qərargah rəisinə və ümumilikdə İsrail Müdafiə Qüvvələrinə bütün sahələrdə, burada şimalda və ümumilikdə ölkə daxilində həssas və məsuliyyətlə atılan güclü hərəkətlərə görə təşəkkür edirəm. Şimalda gərgin vəziyyətin hökm sürməsinə baxmayaraq, biz mübarizəmizə davam edirik. İsrail qüvvələri müharibə nəticəsində həm cənubda, həm də şimaldakı döyüşlərdə böyük təcrübə qazandı. Biz günü-gündən kəşfiyyatımızı daha da gücləndiririk və hər bir ehtimala hazırlaşırıq”.