İsrail ordusu Qəzza zolağına ağır zərbələr endiribbackend

İsrail ordusu Qəzza zolağına ağır zərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Dekabrın 3-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşmasının hədəflərinə hücum edib. İDF nümayəndələri ordunun Telegram kanalında təfərrüatları bildiriblər.

“Bu gecə Hərbi Hava Qüvvələri Qəzza zolağında tunel mədənlərini, hərbi qərargahları, silah-sursat anbarlarını və s. hədəflərə zərbələr endirməyə davam etdi. Bundan başqa, pilotsuz təyyarələrin köməyi ilə bir qrup terrorçu məhv edilib”, – deyə məlumatda bildirilir.

İsrail ordusunun məlumatına görə, son 24 saat ərzində İsrail hərbçiləri HƏMAS-ın hərbi infrastrukturuna, həmçinin yaraqlıların gəmilərinə və digər hədəflərə zərbələr endirmək üçün yüzlərlə mərmi sərf edib.