İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında bir neçə girov cəsədinin tapılması barədə məlumat yayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə hərbi idarənin mətbuat xidməti məlumat yayıb.
Söhbət 2023-cü il oktyabrın 7-də radikallar tərəfindən oğurlanan girovlardan gedir.
“Hazırda qoşunlar bölgədə əməliyyatı davam etdirir və cəsədlərin çıxarılması və şəxsiyyətinin müəyyən edilməsi prosesini həyata keçirirlər, bu bir neçə saat çəkəcək”, – məlumatda deyilir.