NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində Qəzza zolağında aparılan əməliyyatlar barədə məlumat yayıb. Ordunun mətbuat xidməti məlumatı özünün Telegram kanalında yayıb.
“Son 24 saat ərzində İsrail ordusunun əsgərləri Qəzza zolağının şimalındakı Əl-Şati düşərgəsində fəaliyyətə başlayıb”, – deyə məlumatda bildirilir.
Qeyd olunur ki, əməliyyat tədbirləri zamanı İDF əsgərləri “çoxlu terrorçunu məhv ediblər”, həmçinin ərazidə çoxlu sayda terror infrastrukturu aşkar ediblər.
İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsi ərazisində döyüşləri müvəqqəti dayandırdığı da məlum olub. İDF sözçüsünə görə, fələstinlilərin Qəzzanın şimalından cənubuna təxliyəsi üçün səhər saat 09:00-dan 16:00-a qədər humanitar dəhliz fəaliyyət göstərəcək.