İsrail Müdafiə Qüvvələri Qəzza zolağında sıx məskunlaşmış ərazilərdə hərbi fəaliyyətin “yerli taktiki fasiləsi”ni həyata keçirəcəyini elan edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Bu fasilə hər gün saat 10:00-dan 20:00-a qədər davam edəcək.
Ordu bildirib ki, bu “fasilə” İsrail Müdafiə Qüvvələrinin hazırda quru qoşunları ilə fəaliyyət göstərmədiyi bölgələrdə, o cümlədən əl-Mavasi, Deyr əl-Bəla və Qəzza şəhərində həyata keçiriləcək və “ikinci xəbərdarlığa qədər hər gün” davam edəcək.
Bundan əlavə, ordu saat 06:00-dan 23:00-a qədər “BMT və humanitar yardım təşkilatlarının ərzaq və dərman çatdırmaq və paylamaq üçün Qəzza zolağında təhlükəsiz keçidlərini təmin etmək məqsədilə” xüsusi “təhlükəsiz marşrutlar” təyin edəcəyini qeyd edib.