NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri Qəzza zolağından “Strela” zenit-raket kompleksindən istifadə edərək atılan raketi ölkənin cənubunda səmada vurub. Bu barədə IDF öz Telegram kanalında məlumat yayıb.
“Arava bölgəsində sirenlərin səslənməsi ilə bağlı ilkin məlumatdan sonra Qəzza zolağından atılan raket aşkar edilib və “Strela” hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib”, – deyə məlumatda bildirilir.
Bir gün əvvəl İsrail Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Livandan atılan “yer-hava” tipli raketi məhv edib.