İsrail ordusu sərhəd tanımır – Fələstinli ailənin evini partlatdılarbackend

İsrail ordusu sərhəd tanımır – Fələstinli ailənin evini partlatdılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğalçı İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində biri ağır olmaqla 4 fələstinlini yaralayıb, bir evi partlayıcı yerləşdirərək dağıtıb.

NOCOMMENT xəbər verir ki, İsrail ordusu İordan çayının qərb sahilində 4 fələstinlini yaralayıb, bir evi partlayıcılarla dağıdıb. Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərdə bildirilir ki,  “Ceninin cənubundakı Kubatiye qəsəbəsinə basqın edən İsrail əsgərləri, Cenin Qaçqınlar Düşərgəsindən 2 gəncin olduğu avtomobilə atəş açaraq gənci yaralayıb”.

Xəbərdə yaralanan gənclərdən birinin vəziyyətinin ağır olduğu, İsrail əsgərlərinin atəş açıb gözyaşardıcı qazdan istifadə edərək vəziyyətə reaksiya verən fələstinliləri dağıtmağa çalışdığı bildirilib.