İsrail ordusu Suriyanın cənubunda təxminən 600 kvadrat kilometr ərazini işğal edib.
NOCOMMENT.az xəbər verir ki bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Suriyanın cənubunda təxminən 600 kvadrat kilometr ərazi ələ keçirilib və bu ərazidə 13 atəş mövqeyi yaradılıb.
Dekabrın 23-də İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağı və girovların dəyişdirilməsi ilə bağlı danışıqlarda “müəyyən irəliləyişin” olduğunu bildirib.