İsrail ordusu yəhudi yaşayış məntəqəsinə raket zərbəsi endirdibackend

İsrail ordusu yəhudi yaşayış məntəqəsinə raket zərbəsi endirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqəsinə raket zərbəsi endirildiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı İsrail Ordusunun sözçüsü tərəfindən edilən yazılı açıqlamada, əsgərlərin İordan çayının qərb sahilində atılan raketin qalıqlarına rast gəldiyi bildirilib.

Açıqlamada hücumda heç kimin zərər görmədiyi, parçaların tədqiq edildiyi və cinayətkarların tutulması üçün işlərə başlandığı bildirilib.

Digər tərəfdən, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarına bağlı olduğu bildirilən Cenindəki Əl-Ayas Briqadasının Telegram kanalında, “Qəssam-1” raketinin Şaked yəhudi qəsəbəsinə buraxıldığı qeyd edilib.

NOCOMMENT.AZ