İsrail Müdafiə Qüvvələri (IDF) Yəməndəki şiə “Ənsar Allah” hərəkatının Səna beynəlxalq hava limanına və bir sıra hərbi obyektlərinə hücumu təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail ordusunun Telegram kanalında məlumat verilib.
“Hərbi-Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Yəmənin qərb sahili və daxili ərazilərində husi terror rejiminə aid hərbi obyektlərə kəşfiyyat zərbələri endirib”, – ordunun bəyanatında deyilir.
Cümə axşamı RİA Novosti mənbəyə istinadən xəbər verib ki, Səna beynəlxalq hava limanı hava hücumlarına məruz qalıb. Yəmənin paytaxtının şimalında yerləşən Əd-Dailami aviabazasına və onun ətrafına da zərbələr endirilib.