İsrail ordusuna İranla müharibəyə hazırlıq ƏMRİbackend

İsrail ordusuna İranla müharibəyə hazırlıq ƏMRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Baş naziri Yair Lapid İsrail Müdafiə Ordusuna və kəşfiyyat xidməti MOSSAD-a İran ətrafında situasiyanın istənilən inkişaf ssenarisinə və mümkün nüvə razılaşmasına hazır olmağı tapşırıb.

NOCOMMENT xəbər verir ki, Y. Lapid “Tvitter” səhifəsində İsrailin təhlükəsizliyini müdafiə etmək üçün hərəkətə keçməyə hazır olacaqlarını yazıb.

Baş nazir qeyd edib ki, amerikalılar, bütün dünya bunu başa düşür və İsrail cəmiyyəti də bunu bilməlidir. Y. Lapid İsrailin İranla yeni nüvə razılaşmasına qarşı olduğunu da xatırladıb: “Bu, pis razılaşma idi. Bu razılaşma hələ 2015-ci ildə imzalananda pis razılaşma idi. İndi isə İran texnologiyanın inkişafı baxımından fərqli vəziyyətdədir”.

Y. Lapid İsrail üçün əsas prioritetin İranla yeni nüvə razılaşmasına qarşı çıxmaq olduğunu vurğulayıb: “Biz ilk gündən ABŞ-la strateji münasibətlərimizə ziyan vurmadan bütün gücümüzlə bu razılaşmaya qarşı mübarizə aparmışıq”.