İsrail ordusuna qoşulmaqdan imtina edən israilli gənc həbs edildibackend

İsrail ordusuna qoşulmaqdan imtina edən israilli gənc həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az İsrailin “Haaretz” qəzetinə istinadla xəbər verir ki, israilli gənc orduya qoşulmaqdan imtina etdiyi üçün həbs edilib.

İsrailli gənc həbsxanaya getməzdən əvvəl etdiyi çıxışda bu sözləri deyib:

“Mən burada Tel Haşomer bazasında dayanıram və hərbi xidmətə çağırılmaqdan və Qəzzada cinayətkar müharibədə iştirak etməkdən imtina edirəm. İnanıram ki, qırğın zorakılığın həlli deyil. Ona görə də imtina edirəm.”

Çıxışından sonra Mitnik ona verilən cəzanı çəkmək üçün alqış sədaları altında hərbi bazaya təslim olub.

Bildirilib ki, israilli yeniyetmə Qəzzaya edilən hücumlara görə həbs edilən ilk “vicdanlı əsgər” olub və hərbi xidmətdən imtina etməyə davam edərsə, daha uzun müddət həbslə üzləşə bilər.