İsrail polisi aksiyanı dağıtmaq üçün su şırnağından istifadə edibbackend

İsrail polisi aksiyanı dağıtmaq üçün su şırnağından istifadə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail polisi Təl-Əvivdə hökumət əleyhinə keçirilən aksiyanı dağıtmaq üçün su şırnaqları və süvarilərdən istifadə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Polisin təsdiq etdiyi nümayiş başa çatdıqdan sonra yüzlərlə etirazçı nəqliyyatın qarşısını almaq üçün Təl-Əvivin mərkəzi magistralına doğru irəliləyib.

Etirazçıların yolu atlı polis tərəfindən kəsilib. Fəalların ayrı-ayrı qrupları maneələri aşsalar da, əsas kütləyə su şırnaqlarından istifadə edilib.

Etiraz aksiyası bir neçə fəalı saxlayan polislə toqquşma olmadan baş tutmayıb.