İsrail prezidenti müzakirə üçün müxalifətlə görüşdübackend

İsrail prezidenti müzakirə üçün müxalifətlə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail prezidenti İsaak Hersoq hökumətin mübahisəli məhkəmə tənzimləməsindən geri çəkildikdən sonra danışıqlara vasitəçilik etmək üçün müxalifət liderləri ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, İsrail prezidentliyindən verilən yazılı açıqlamada Hersoqun Qərbi Qüdsdəki Prezident İqamətgahında müxalifətin aparıcı partiyalarından olan Yeş Atid (Gələcək var) və Milli Birlik Partiyasının nümayəndələrini qəbul etdiyi bildirilib.

Hersoq müxalifət nümayəndələri ilə hökumətin qəbul etmək istədiyi, lakin ölkədə kütləvi nümayişlərə və tətillərə səbəb olan məhkəmə reqlamenti ilə bağlı dialoq danışıqları aparıb.

İsrail prezidentinin növbəti günlərdə digər partiyaların nümayəndələri ilə də görüşəcəyi bildirilib.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu dünən axşam xalqa müraciətində ölkə daxilində kütləvi etirazlara və tətillərə səbəb olan məhkəmə qaydalarını ertələdiyini açıqlayıb.

NOCOMMENT.AZ