İsrail Qahirədə Qəzzada atəşkəs məsələlərini müzakirə etməyə hazırdırbackend

İsrail Qahirədə Qəzzada atəşkəs məsələlərini müzakirə etməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Fələstinin Həmas qruplaşması ilə atəşkəs və girovların mübadiləsinə dair danışıqlar aparmaq üçün yaxın günlərdə Qahirəyə nümayəndə heyəti göndərməyə hazırdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerikanın “The Wall Street Journal” qəzeti İsrail və Misir rəsmilərinə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, ərəb vasitəçiləri “HƏMAS”ı Rəfahda gözlənilən hərbi əməliyyatdan əvvəl atəşkəs şərtlərini qəbul etməyə təşviq edirlər.

İsrail rəsmisinin sözlərinə görə, ölkə “danışıqlardakı inkişafdan” asılı olaraq nümayəndə heyəti göndərə bilər.