İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, Qüds ABŞ, Qətər və Misirin təklifinə uyğun olaraq, avqustun 15-də Qəzza razılaşmasını müzakirə etmək üçün nümayəndə heyəti göndərəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Ofis danışıqların yerinin daha sonra açıqlanacağını və görüş zamanı Qəzza zolağı ilə bağlı çərçivə sazişinin icrasının təfərrüatlarının razılaşdırılacağını vurğulayıb.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, “bəzi ekstremist ünsürlərə” qarşı repressiyalardan sonra Qəzza zolağında sülh razılaşması şansı artıb.