İsrail Qəzza ilə sərhəddə bufer zona yaradırbackend

İsrail Qəzza ilə sərhəddə bufer zona yaradır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Qəzza ilə sərhəddə təhlükəsizlik bufer zonası yaradır. Bu sərhəddə anklav ərazisinin təxminən 16%-ni tuta biləcək.

NOCOMMENT.az xəbər verir ki, məlumatı İsrail mətbuatı yayıb. Bildirilib ki, sərhəd boyu bufer zolağının eni təxminən bir kilometr olacaq, bu zonada bütün tikililər dağıdılacaq.

Belə ki, İsrail Qəzza sektorunu iki hissəyə – şimal və cənuba bölməyi planlaşdırır. Bu məqsədlər üçün İsrail qüvvələri daha bir xüsusi bufer zolağı – sektoru qərbdən şərqə doğru keçən və əhalinin hərəkətinə nəzarət etməyə imkan verən Netzarim dəhlizi adlanan zolaq yaradır.

Bu zaman sərhəd boyu bufer zonasının yaradılması nəzərə alınmaqla Qəzza zolağının eni cəmi 5,5 kilometr olacaq.