İsrail Qəzza zolağına zərbələr endirməyə davam edirbackend

İsrail Qəzza zolağına zərbələr endirməyə davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fələstin-İsrail münaqişəsinin qızışdığı gündən İsrail Ordusu (İDF) Qəzza zolağında 11 mindən çox hədəfi vurub. Bu barədə İDF öz Telegram kanalında məlumat yayıb.

İdarə hücuma məruz qalan obyektlərin Qəzza zolağındakı terror təşkilatlarına aid olduğunu açıqlayıb.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gun ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.