Ötən sutka ərzində İsrail Ordusu Qəzzada döyüşlərdə daha iki hərbçisini itirib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, serjant Cozef Avner və çavuş Şalev Zaltsman döyüşlərdə həlak olub.
Bununla da İsrail Ordusunun Qəzzada quru əməliyyatlarına başladıqdan sonra ölən hərbçilərinin sayı 121 nəfərə çatıb.
Oktyabrın 7-də HƏMAS-ın hücumu ilə başlayan qarşıdurma nəticəsində ölən İsrail hərbçilərinin sayı isə ümumilikdə 450 nəfərdir.