NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin Həmas hərəkatı ilə 4 günlük barışıq başa çatdıqdan sonra Qəzza zolağında hərbi əməliyyatı davam etdirmək niyyətindədir. Bu barədə İsrail qoşunlarının nümayəndəsi Aviçay Adrai bildirib.
Onun sözlərinə görə, bəzi ölkələr atəşkəsin uzadılması üçün İsrailə təzyiqlər etməyə başlayıb. Bununla belə, yəhudi dövlətinin hökuməti əcnəbi partnyorlarına döyüş əməliyyatlarının tezliklə yenidən başlayacağını və bunun sona çatması üçün bir qədər vaxt lazım olacağını açıqlayıb.