İsrail Qəzza zolağında iki şəhəri bombalayıbbackend

İsrail Qəzza zolağında iki şəhəri bombalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsi olan Deyr əl-Bələh şəhərinə zərbə endirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Qeyd olunur ki, İDF Qəzzanın cənubunda yerləşən Rəfahda yaşayış binasına da hücum edib. Ölənlər var, lakin onların sayı barədə məlumat verilmir.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu bildirmişdi ki, Qəzza zolağının Misirlə sərhədinə nəzarəti ələ keçirmək bu anklavda Fələstinin radikal HƏMAS hərəkatına qarşı döyüşlərə son qoymaq üçün ilkin şərtlərdən biridir. Onun sözlərinə görə, İsrail hazırda bu vəzifəni yerinə yetirmək üçün bir neçə yol nəzərdən keçirir.