İsrail Qəzza zolağını atəşə tutub, ölənlər və yaralılar varbackend

İsrail Qəzza zolağını atəşə tutub, ölənlər və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail qüvvələrinin Qəzza zolağının cənubunda yerləşən Xan Yunus şəhərində Fələstin Qızıl Aypara Cəmiyyətinin qərargahını vurması nəticəsində çoxlu sayda insanın öldüyü və yaralandığı bildirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti açıqlama yayıb. 

Bombardman zamanı Qızıl Aypara mərkəzinin qapı və pəncərələri sındırılıb. Hücum mərkəzdə minlərlə insanda böyük panikaya səbəb olub.

İsrailin bombardmanından sonra Emel xəstəxanasına çox sayda ölü və yaralının gətirildiyi bildirilib.