İsrail Qəzza zolağının şimalında müvəqqəti atəşkəs elan edibbackend

İsrail Qəzza zolağının şimalında müvəqqəti atəşkəs elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsi ərazisində döyüşləri müvəqqəti dayandırıb. TASS xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat katibi Aviçai Edri bildirib.

“Saat 10:00-dan 14:00-a qədər (Moskva vaxtı ilə 11:00-dan 15:00-a qədər) ərzaq çatdırılması və əhalinin təxliyyəsi üçün Cəbəliya bölgəsində humanitar məqsədlərlə hərbi əməliyyatlar müvəqqəti dayandırılacaq”, – Edri bildirib. .

Bundan əlavə, İDF sözçüsünə görə, fələstinlilərin Qəzzanın şimalından cənubuna təxliyəsi üçün səhər saat 09:00-dan 16:00-a qədər humanitar dəhliz fəaliyyət göstərəcək.