İsrail Qəzzada döyüş əməliyyatlarını sona qədər davam etdirmək niyyətindədirbackend

İsrail Qəzzada döyüş əməliyyatlarını sona qədər davam etdirmək niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail girovların geri qaytarılması üçün fasilə bitən kimi Qəzza zolağında hərbi əməliyyatları bərpa edəcək. Bu barədə çərşənbə günü baş nazir Benyamin Netanyahu xalqa videomüraciətində bildirib. 

“Son bir neçə gündə mən belə bir sual eşidirəm: qaçırılanların geri qaytarılmasının bu mərhələsi bitdikdən sonra İsrail hərbi əməliyyatlara qayıdacaqmı? Cavabım birmənalı olaraq bəlidir”, – Netanyahu bildirib.

Baş nazir qeyd edib ki, atəşkəs başlayandan İsrail böyük uğurlar əldə edib. Netanyahu deyib ki, onlarla oğurlanmış girovun qaytarılması cəmi bir həftə əvvəl fantaziya kimi görünə bilərdi.

Onun sözlərinə görə, İsrail qələbəyə qədər mübarizəyə qayıda bilməz.

“Bu mənim siyasətimdir, onun arxasında bütün kabinet, arxasında bütün hökumət, arxasında əsgərlər, xalq da var. Biz məhz bunu edəcəyik”, – Netanyahu vurğulayıb.