İsrail Qəzzada əməliyyatı mərhələli şəkildə genişləndirirbackend

İsrail Qəzzada əməliyyatı mərhələli şəkildə genişləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağında hərbi əməliyyatların genişləndirilməsi, eləcə də anklavın digər ərazilərində əməliyyatlara əlavə qüvvələrin cəlb olunduğunu açıqlayıb. Bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.

  • “Cənub Komandanlığı Qəzza zolağının əlavə ərazilərində döyüş əməliyyatlarını genişləndirməyə davam edir”, – bəyanatda deyilir.

Döyüşlərin Zaytun və Cəbəliyyə bölgələrində getdiyi qeyd edilir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələri (IDF) Misirlə sərhəddə Qəzza zolağında hərbi əməliyyatları dayandırdığını açıqlamışdı. İsrail ordusunun məlumatına görə, döyüşlər Rəfah şəhərindəki Əl-Şəbura qaçqın düşərgəsi ərazisində dayanır. İsrail hərbçiləri yerli vaxtla saat 16:00-a qədər (Moskva vaxtı ilə 17:00) sakinləri təxliyə etməyə çağırıb.