İsrail hakimiyyəti yaxın vaxtlarda Qəzza zolağında müharibənin hədəflərinə nail olmaq üçün yeni tədbirlər görəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti-yə İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Hendelman məlumat verib.
“Qəzzadakı müharibənin hədəfləri dəyişməyib: girovların qaytarılması, HƏMAS-ın hakimiyyətinin aradan qaldırılması və Qəzza zolağının demilitarizasiyası,” – deyə o bildirib.