İsrail Qəzzada qaçqın düşərgəsini vurdubackend

İsrail Qəzzada qaçqın düşərgəsini vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağında humanitar sülh bitdikdən sonra İsrailin Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 10 fələstinli həyatını itirib.

NOCOMMENT xəbər verir ki, İsrail və HƏMAS arasında humanitar müqavilənin müddəti başa çatdıqdan sonra İsrail ordusu Qəzza zolağına hücumlarını bərpa edib. Mülki yaşayış məntəqələrini vurmağa davam edən İsrail qüvvələri səhər saatlarında Deyr əl-Bələh şəhərindəki Qaçqınlar Düşərgəsini hədəfə alıb. 10 fələstinli həyatını itirib, çox sayda yaralı isə Əl Əqsa Şəhidləri Xəstəxanasına aparılıb. Hədəf edilən binanın ətrafındakı bir çox binaya da ziyan dəyib.

Fələstin Səhiyyə Nazirliyi bu gün verdiyi açıqlamada, humanitar fasilə bitdikdən sonra İsrail ordusunun Qəzza zolağında başlatdığı hücumlarda 109 nəfərin həyatını itirdiyini bildirib.