İsrail Qəzzada xəstəxananı vurdubackend

İsrail Qəzzada xəstəxananı vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ərəb mediası İsrailin Qəzza zolağının Deyr əl-Bəlah şəhərindəki xəstəxanaya endirdiyi zərbə nəticəsində 4 nəfərin öldüyünü və 70 nəfərin yaralandığını bildirib.

NOCOMMENT.az Musavat.com-a istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, xəstəxanada HƏMAS-ın komanda mərkəzi yerləşirdi.

İsrail mülki əhaliyə dəyən ziyanı minimuma endirmək üçün tədbirlər gördüyünü bildirib.

Al Mayadeen TV-nin məlumatına görə, İsrailin endirdiyi zərbələr yanğına səbəb olub. Nəticədə 30-dan çox fələstinlinin qaldığı çadır məhv olub.

Qeyd edilib ki, çoxlu sayda yaralı var və onların vəziyyəti olduqca ağırdır.