ABŞ-da sülh tərəfdarı olan yəhudi qrupları Nyu-Yorkun məşhur Grand Central qatar stansiyasını zəbt edib və İsrailin Qəzza əməliyyatını dayandırması üçün “dərhal atəşkəs” çağırıb.
NOCOMMENT xəbər verir ki, “Sülh üçün Yəhudi Səsi” (JVP) adlı təşkilatın sosial media platformasında verdiyi açıqlama ilə toplaşan qruplar Nyu-Yorkun ən böyük qatar stansiyası olan Grand Central-ın əsas sərnişin zalını zəbt edib.
Qara köynək geyinmiş yüzlərlə yəhudi amerikalı “Fələstin azad olmalıdır”, “Sülh, dərhal”, “Atəşkəs tələb etmək üçün Grand Central’ı ələ keçirin”, “Tarixin sağ tərəfində bizimlə olun” şüarları səsləndirib və əllərində şüarlar səsləndiriblər. .