İsrail Qəzzanın Misirlə sərhədinə nəzarət etmədən müharibəni bitirməyəcəkbackend

İsrail Qəzzanın Misirlə sərhədinə nəzarət etmədən müharibəni bitirməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzza zolağının Misirlə sərhədinə tam nəzarət edilməsi anklavda Fələstinin radikal HƏMAS hərəkatına qarşı döyüşlərə son qoymaq üçün ilkin şərtlərdən biridir.

NOCOMMENT.az xəbər verir ki,  bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Aydındır ki, biz bu dəliyi (Misirlə sərhəddə) bağlamadan müharibəni bitirməyəcəyik, çünki əks halda HƏMAS-ı məhv edəcəyik, Qəzzanı demilitarizasiya edəcəyik”, – İsrail hökumətinin başçısı bildirib.

Netanyahu əmindir ki, “bu dəlik” bağlanmasa, başqa yaraqlılar oradan keçəcək, yeni hərbi texnika və silahlar gələcək.

“Ona görə də aydındır ki, biz Fələstin anklavının Misirlə sərhədini bağlamalıyıq”, – deyə İsrail Nazirlər Kabinetinin rəhbəri əlavə edib.

Onun sözlərinə görə, İsrail hazırda bu vəzifəni yerinə yetirmək üçün bir neçə yol nəzərdən keçirir.

Bundan əvvəl “The Wall Street Journal” mənbələrə istinadən İsrail ordusunun Qəzza zolağının Misirlə sərhədinə nəzarəti ələ keçirmək üçün əməliyyat keçirəcəyini yazmışdı.