NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki,Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, İsrail Qəzza zolağının şimalında hər gün dörd saatlıq humanitar fasilələr keçirməyə başlayacaq. O, bu barədə onlayn brifinqdə bildirib.
Ağ Ev sözçüsü bildirib ki, bu cür fasilələrlə bağlı elan üç saat əvvəl veriləcək. İsrail tərəfi ABŞ-a bu fasilələr zamanı bu ərazilərdə hərbi əməliyyatların aparılmayacağı barədə xəbərdarlıq edib, “bu prosesin noyabrın 9-da başlanacağını” bildirdi.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin muharibə vəziyyətində olduğunu bəyan edib.