İsrail Qəzzaya 70 min ton bomba atıbbackend

İsrail Qəzzaya 70 min ton bomba atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu Qəzza zolağında qarşıdurma başlayandan bəri mülki yaşayış məntəqələrinə təxminən 70 min ton bomba atıb.

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, İsrailin blokada altındakı Qəzza zolağına qarşı qırğınları oktyabrın 7-dən bu yana davam edir.

Hücumlar zamanı İsrail 500-dən çox məscid və kilsəni, 300-dən çox universitet və məktəbi, 360 mindən çox iqamətgahı dağıdıb, Qəzzadakı 35 xəstəxanadan 31-dən çoxu istismardan çıxarılıb.

İsrail oktyabrın 7-dən bəri mülki ərazilərə 70 min ton bomba ataraq böyük əraziləri məhv edib. Atılan bombalar arasında qadağan olunmuş fosfor bombaları və kaset bombaları da var.

İsrail minlərlə illik tarixi olan 200-dən çox arxeoloji və tarixi obyekti məhv edib.