İsrail Qəzzaya hücum edirbackend

İsrail Qəzzaya hücum edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu blokadada olan Qəzza zolağına hücumlarını davam etdirir.

NOCOMMENT.az xəbər verir ki, mayın 9-da İsrail ordusu İslami Cihad Hərəkatının icraçı heyətini hədəf aldığını əsas gətirərək, mühasirədə olan Qəzzaya hücum edib.

Məlumata görı İsrailin hücumlarında indiyədək 6-sı uşaq, 3-ü qadın olmaqla 33 fələstinli həyatını itirib, 32-si uşaq, 17-si qadın olmaqla isə 93 fələstinli yaralanıb.

Hücumlar zamanı həlak olanlar arasında İslami Cihadın icraçı qərargahının 6 üzvü də olduğu bildirilib.

Fələstinli qruplar isə bu hücumlara Qəzzadan İsrail tərəfinə mindən çox raket və minaatan atmaqla cavab verir. Bu zərbələr nəticəsində isə bir israilli həlak olub.

NOCOMMENT.AZ