İsrail qırıcıları Livana zərbələr endiribbackend

İsrail qırıcıları Livana zərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail qırıcıları Qolan təpələrini atəşə tutmaqda Livanın “Hizbullah” hərəkatını günahlandırdıqdan sonra Livanın cənubuna zərbələr endirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Livanın Almanar telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, İsrail aviasiyası Əl-Xiyam və Kfar Qila şəhərlərinə, həmçinin Tir rayonundakı Abbasiyə və Bürc əl-Şimali şəhərlərinin kənarlarına hava zərbələri endirib. Daha bir raket Tair Xarfa kəndi istiqamətində atılıb.

Qeyd edək ki, iyulun 27-də İsrailin nəzarətində olan Qolan təpələri atəşə tutulub. Qolan yüksəkliklərində Məcdəl Şəms qəsəbəsinə raket hücumu nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Onların arasında uşaqlar və yeniyetmələr də var.

Ölkənin Müdafiə Ordusu raketin “Hizbullah” tərəfindən Livanın cənubundan buraxıldığını bildirib.